Muəllif:

Almatıda boks üzrə dünya çempionatına yekun vuruldu: 2 qızıl, 1 bürüncümüz var

Almatıda boks üzrə dünya çempionatına bu gün yekun vurulub. Yarışın son günündə Azərbaycan komandasının heyətində Cavid Çələbiyevin (56 kq) ardınca Məmmmədrəsul Məcidov da birinci olub. +91 kq çəki dərəcəsində yarışan boksçumuz yerli İvan Dıçko ilə döyüşdən sonra kolleksiyasına dünya çempionatının daha bir qızıl medalını əlavə edib. O, həlledici görüşünü nokautla başa vuraraq titulunu qoruyub. Məcidov ilk 2 raundda 27:30 hesabı ilə uduzub. Sonuncu hissədə isə idmançımız hücum taktikasını seçərək yenidən dünyanın ən güclüsü olduğunu sübut edib. Öncə Dıçkonu nokdauna salan Olimpiya mükafatçımız ardınca daha tutarlı zərbə ilə qazaxıstanlı idmançıya doğma azarkeşləri qarşısında nokautla qalib gəlib.

Beləliklə, milli komandamız 12 gün davam edən dünya çempionatını 2 qızıl və 1 bürünc medalla başa vurub. Daha öncə Teymur Məmmədov (91 kq) bürünc medala sahib olmuşdu.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 207