Almaniyalı ifaçılar Qara Qarayevə həsr olunmuş Musiqi festivalına gəlirlər
Aprelin 14-19-da Bakıda məşhur Azərbaycanlı bəstəkar Qara Qarayevin (1918-1982) xatirəsinə həsr olunmuş 5-ci beynəlxalq musiqi festivalı çərçivəsində Almaniyalı musiqiçilərin çıxışları olacaq. Belə ki, Almaniyada və Azərbaycanda yaşayan bəstəkar Elmir Mİrzəyevin təşəbbüsü ilə Köln şəhərindən olan Avatar Dance Company tərəfindən Yens Kaqel-in bir xoreoqrafiyası nümayiş olunacaq. Bu xəbəri AFR Bakıı səfirliyi yayıb.
Bu xoreoqrafiya akordeonçu Eva Zöllnerin ifası və Ukrayna dirijoru Vladimir Runtschak-ın rəhbərliyi altında çıxış edən Bakı Con Tempo ansamblının müşayiəti ilə təqdim olunacaq. Bu ifa aprelin 18-də Gənc Tamaşaçılar Teatrında təqdim olunacaq.
Bundan başqa, məşhur alman pianoçu Nikolaus Rexroth, Strasburqdan olan Accroche Note və Amsterdamdan Asko Şönberq çıxış edəcəklər. Bununla yanaşı, Almaniya səfirliyi, Almaniya-Azərbaycan Mədəni Birliyi aprelin 12-də saat 19.00-da “Kapelhaus”da akkordeonçu Eva Zöllnerin solo konsertini təşkil edir. Ətraflı məlumatı qaraqarayev-festival-az.net saytından əldə etmək olar.