Muəllif:

Alman vətəndaşını öldürməkdə təqsirləndirilən yaxalandı

Bakıda Almaniya vətəndaşını öldürməkdə təqsirləndirilən şəxs həbs edilib. Hadisə mayın 2-də saat 14:00 radələrində paytaxtın Nərimanov rayonu ərazisində baş verib. Alman vətəndaşı Vüsal Adolf Şilderin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun yaydığı xəbərə görə, istintaqla müəyyən edilib ki, əvvəllər xuliqanlıq niyyəti ilə digər şəxslərə bıçaqla xəsarət yetirməklə törətdiyi cinayətlərə görə iki dəfə məhkum olunmuş Elman İsgəndərov qohumu Seymur Talıbov və qeyrilərindən ibarət bir qrup şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək onların sifarişi əsasında Bakı şəhərində yaşayan Vüsal Şilderi qəsdən öldürmək üçün qeyd edilən tarixdə Ə.Rəcəbli küçəsi, 3 B saylı evin qarşısında sonuncuya yaxınlaşaraq üstündə olan bıçaqla gicgah nahiyəsinə, döş qəfəsinə və bədəninin digər nahiyələrinə xəsarətlər yetirməklə onu qəsdən öldürüb hadisə yerindən qaçıb.
Daxili işlər və prokurorluq orqanları əməkdaşlarının təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində E.İsgəndərov mayın 4-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hadisə yerinə baxış zamanı oradan cinayəti törədən zaman E.İsgəndərovun əynində olmuş başlıqlı idman köynəyi, həmçinin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı cinayətin aləti olan bıçaq tapılaraq maddi sübut kimi götürülüb.
E.İsgəndərov iş üzrə CM 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) və 120.2.5 (sifarişlə adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 169