Muəllif: Redaksiya
Alman və fransız «dostlarımız» gizlicə ermənilərə raket satırlar
Ermənistan tank əleyhinə idarə olunan raketlər alıb. Razm.info erməni hərbi saytı Ermənistanın əlində olan MILAN tank əleyhinə idarə olunan raket kompleksinin fotolarını yayımlayıb. Lakin raket kompleksinin hansı ölkədən alındığı və sayı qeyd olunmayıb.
MILAN (Missile d´Infanterie Léger Antichar) yüngül çəkili tank əleyhinə raketlər Fransa-Almaniya birgə istehsalıdır. Dünyada ən geniş yayılan tank əleyhinə raketlərdən olan MİLAN 1962-ci ildən istehsal olunur və raketin effektiv mənzili 75-2000 metr arasıdır.
Halbuki Fransa və Almaniya Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq Azərbaycana və Ermənistana silah və hərbi texnika satmadıqlarını və silah satışına embarqo qoyduqlarını bəyan edir.
Bölüm: Dünya
Oxunma sayı: 133

