Muəllif:

Ali Məhkəmə “Yehova Şahidləri”ni razı salmadı

Ali Məhkəmədə “Yehova Şahidləri” dini icması, həmçinin icmanın üzvləri Akçurina Gülsira Qayazovna və Məmmədəliyeva Kamila Şövkətovnanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı iddiasına baxılıb. APA-nın məlumatına görə, iddiaçılar Dövlət Komitəsinə qarşı ədəbiyyatın məhdudiyyətsiz idxalına icazə verilməsi barədə iddia qaldırıblar.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb. Ötən gün iddiaya baxan Ali Məhkəmə də qərarı qüvvədə saxlayaraq, iddiaçıların kassasiya şikayətini təmin etməyib.

Xatırladaq ki, “Yehova Şahidləri” dini icması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini əvvəllər də məhkəməyə verib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 368