Muəllif:

Ali Attestasiya Komissiyası: gərəkdir, gərək deyil?

Avropada ali attestasiya komissiyaları yoxdur. Ümumiyyətlə, Avropada elmi işləri akademiyada müdafiə etmirlər, elm yalnız institutlarda olur. Oralarda təhsil və elm vəhdətdədir. Bizdə də bir neçə ildir belə fikirlər var ki, Ali Attestasiya Komissiyası (AAK) ləğv olunmalı, elmi dərəcələrin verilməsi institutlara həvalə edilməlidir. Alim olmaq üçün prosedurların çox olması və bunun sadələşdirilməsinə ehtiyac yaranması kimi fikirlər də səslənir.
Aspirant və Magistrlər Cəmiyyətinin rəhbəri İlqar Orucov isə hesab edir ki, prosedurun hazırkı formada davam etməsi düzgündür. Çünki Azərbaycan reallığında Ali Attestasiya Komissiyasının ləğvi müxtəlif neqativ faktorlar, məsələn, elə rüşvət faktoru ortaya çıxa bilər:
«Amma Azərbaycan reallığında bunun zərərli tərəflərini görürəm. Mövzuların seçilməsi, müdafiə olunan işlərin keyfiyyət məsələsində ciddi problem var. Hesab edirəm ki, Ali Attestasiya Komissiyasının olması vacibdir. Prosedurda yeganə problem kimi müdafiə şuralarında olan növbələri görürəm. Belə ki, müdafiə şuralarında bir aya iki fəlsəfə doktoru və bir elmlər doktoru müdafiə edə bilər. Bu da namizədlər üçün problem yaradır. İnstitutlar var ki, orada kifayət qədər müdafiəyə iddiaçılar var və növbələrini gözləyirlər. Məhz bu məsələni nizama salmağa ehtiyac var».
Orucov iddia edir ki, Komissiya müdafiəyə iddiaçı insanlar üçün baryer deyil: «Düzdür, hər il xeyli sayda zəif dissertasiya işini AAK geri qaytarır, yaxud ləğv edir. Komissiyada zəif işlərin keçmə ehtimalı demək olar ki, yoxdur».

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 458