Muəllif:

Akop İnciqulyanın əsir düşdüyü təsdiqləndi

Düşmən tərəf Akop İnciqulyanın təmas xəttini azaraq keçdiyini iddia edir. Separatçı rejimin “Müdafiə Nazirliyi” əsgərin təmas xəttinin Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçdiyini təsdiqlədi.NEWS.am saytına istinadən, düşmən tərəf bildirir ki, əsgər Akop Gevorkoviç İnciqulyan (1991) avqustun 7-dən 8-nə keçən gecə saat 3 radələrində azaraq Azərbaycan Silah Qüvvələrinin nəzarəti altında olan əraziyə keçib.

Öz növbəsində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılov da APA-ya açıqlamasında faktı təsdiqləyib. O, daha ətraflı məlumatın yaxın vaxtlarda veriləcəyini bildirib.

Hadisə avqustun 7-dən 8-nə keçən gecə baş verib. Ermənistan hərbi bölmələrinin iki hərbçisi qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.

APA iddia edir ki, Azərbaycan hərbçiləri onlardan birini saxlayıb, digəri isə qaçmağa cəhd edərkən neytral zonada minaya düşüb. Lakin düşmən tərəf öz əsgərinin minaya düşdüyünü hələlik təsdiqləmir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 139