Muəllif:

Akif Muradverdiyevdən 40 onluq qızıl çıxıb?

Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyev çar Rusiyası dövrünə aid xeyli sayda pul sikkəsini qanunsuz olaraq sərhəddən keçirməyə cəhd edib deyə bildirilir. Muradverdiyev MTN əməkdaşları tərəfindən iyunun 20-də səhər saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanında Rusiyaya uçarkən saxlanılıb. Hüquq-mühafizə orqanları tərəfindən mövcud fakt üzrə araşdırmalara başlanılıb.

MTN Akif Muradverdiyevin saxlanmasına aydınlıq gətirərək bildirir ki, Muradverdiyev Akif Şəmsəddin oğlu 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirib.

Həmin tarixdə Akif Muradverdiyev Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Moskva aviareysi ilə Rusiyaya uçmaq üçün Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən keçdikdən dərhal sonra MTN əməkdaşları tərəfindən saxlanılıb. Qanunvericiliklə müəyyən edilmiş qaydada hal şahidlərinin iştirakları ilə keçirilən baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan — Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülüb.

Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Akif Muradverdiyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Akif Muradverdiyev barəsində Səbayel rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə keçirilən prosesdə 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bunu APA-ya açıqlamasında Muradverdiyevin vəkili Fuad Ağayev deyib. Ağayev bildirib ki, Muradverdiyev xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onun həbs müddətində də Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılmasına qərar verilib.Vəkil deyib ki, A. Muradverdiyev qaçaqmalçılıqda ittiham olunur.
Vəkil məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklərini bildirib.
Qeyd edək ki, A.Muradverdiyev 2005-ci ilin oktyabrında həbs edilib və məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Ona 2008-ci ilin yanvarında CM 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub və azadlığa buraxılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 276