Akif Muradverdiyev vəkilə qızılların ona «atıldığını» deyib
Vəkil Fuad Ağayev bu gün MTN-in istintaq təcridxanasında dünən həbs edilmiş keçmiş işlər müdiri Akif Muradverdiyevə baş çəkib.Akif Muradverdiyev vəkilə üzərinə qızıl sikkələrin necə atıldığını danışıb. Ağayevin Turan-a verdiyi məlumata görə, Muradverdiyev özünü təqsirsiz hesab edir. O, vəkilə saxlanmasının hallarını danışıb.
İyunun 20-də səhər Muradverdiyev Moskvaya yolda düşməyə hazırlaşırdı. O, aeroportun təhlükəsizlik xidmətinin yoxlamasından, gömrük yoxlamasından və sərhəd yoxlamasından keçib. O, təyyarəyə miniyə gəldikdə mülki geyimli bir nəfər ona yaxınlaşdı və nəzakətlə “bir işlə bağlı” yubanmağı və onunla gəlməyi xahiş etdi.
Muradverdiyevi bir otağa gətiriblər, amma girişdə ondan çantasını təslim etməyi xahiş ediblər.
Daha sonra onu otağa dəvət ediblər və onunla söhbət etməyə başlayıblar.
Sonra Muradverdiyevin çantasını otağa gətiriblər və içərisində nə olduğunu soruşublar, o, təxminən 1400 dollar, 900 manat pul bank kartı və geyim əşyaları olduğunu deyib. Sonra onun yanında çantanı açıblar və geyimin altından içərisində qızıl sikkələr olan torba çıxarıblar.
“Aydındır ki, qızıl sikkələr Muradverdiyevin çantasına atılıb. Yoxsa onları nəzarət məntəqələrindən keçərkən aşkar edərdilər, burada metal əşyaların aşkarlanması üçün diqqətli yoxlama həyata keçirilib”, deyə Ağayev bildirib.
İyunun 21-də MTN əməkdaşları Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyevin qeydiyyatda olduğu evdə və qohumlarının evlərində axtarış aparıb.
Vəkil Fuad Ağayev Turan-a bildirib ki, axtarış Muradverdiyevin və qohumlarının 3 mənzilində aparılıb. “Biz vəkillər və qohumları iki ünvan üzrə keçirilən axtarışlarda iştirak etdik. Axtarışların iş üçün heç bir əhəmiyyəti olmadı”.
Vəkilin fikrincə, bu axtarışlar A.Muradverdiyevin və qohumlarının mənzil toxunulmazlığı hüququnu kobud şəkildə pozub.
“Axtarışla bağlı məhkəmə qərarları tamamilə qanunsuzdur. Bu insanların mənzil hüququnun, Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinin açıq və kobud pozuntusudur. Qanun pozuntusuna görə istintaq və prokurorluqla yanaşı, Səbail rayon məhkəməsinin hakimləri Rauf Dəmirqan oğlu Əhmədov və Elşad Yaquboviç Səmayev məsuliyyət daşıyır”.
Vəkil qanunsuz axtarışlarla bağlı müvafiq şikayətlər verəcəyini bildirib.

