Akif Muradverdiyev sərbəst buraxılsa, qaçıb gedər
Apellyasiya MəhkəməsiAzərbaycan Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyevin girov müqabilində azad edilməsi haqqında şikayəti təmin etməyib. Məhkəmə şikayəti təmin etmədiyini Muradverdiyevin azadlığa çıxarsa, istintaqdan yayına biləcəyi ilə əsaslandırıb. Muradverdiyevin vəkili Fuad Ağayevin Turan-a verdiyi məlumata görə, şikayət Səbail rayon məhkəməsinə verilib, məhkəmə şikayəti təmin etmədikdən sonra Ali Məhkəməyə müvafiq şikayət verilib.
Muradverdiyevə qarşı irəli sürülmüş ittihama əsasən, girov məbləği 10 min manat təşkil edir.
Muradverdiyev iyunun 20-də Moskvaya gedən təyyarəyə minik zamanı həbs edilib. O, yoxlamadan keçdikdən sonra əl çantasında 40 qızıl sikkə tapılıb. Lakin Muradverdiyev bildirib ki, sikkələr onun üzərinə sonradan qoyulub. Ona qarşı 206.1-ci (qaçaqmalçılıq) maddə ilə cinayət işi açılıb.

