Muəllif:

Akif Muradverdiyev: “Bu, “Yeni Müsavat” qəzetinin uydurmasıdır»

Hazırda həbsdə olan prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev onun bu günlərdə saxlanmış biznesmen Vaqif Musayevlə guya əlaqəsi olması bağlı mediada yazılan məlumatları təkzib edib.
“Bu, “Yeni Müsavat” qəzetinin uydurmasıdır. Mənim Vaqif Musayev adlı adamla heç zaman əlaqəm, görüşüm olmayıb, onu üzdən tanımıram, yalnız adını eşitmişəm”, — A. Muradverdiyevin adından onun vəkili Rəşad Mirmehdizadə bildirib.
Xatırladaq ki, bir sıra KİV bu günlərdə keçmiş AMİP-çi biznesmen V.Musayevin polis tərəfindən saxlandığını yazıb. Mediada V.Musayevin saxlanması Akif Muradverdiyev , Nicat Quliyev və Milli Şura arasında əlaqələrin olması ilə əlaqələndirilib və yeni həbslərin olacağı yazılıb.
Rəsmi məlumatlarda V. Musayevin qanunsuz silah saxlamaqla bağlı saxlandığı bildirilir.
Akif Muradverdiyev 2013-cü il iyunun 20-də Bakı hava limanında saxlanılıb. Rəsmi məlumatlarda ondan Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələrini Moskvaya apararkən aşkar edildiyi bildirilib.
A.Muradverdiyev bu məlumatları təkzib edib və sikkələrin onun əl çantasına atıldığını bildirib.
Faktla bağlı MTN İstintaq Baş İdarəsi tərəfindən CM-nin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 326