Muəllif:

«Akademiya şəhərciyi»ndə yerdəyişmə başlanıb

«Akademiya şəhərciyi»ndə yeni tikintilərlə yanaşı, yerdəyişmə işlərinə də start verilib. MEA-nın ərazisi olan «Akademiya şəhərciyi»ndən qeyri-akademik qurumların köçürülməsi prosesi gedir. MEA Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlunun APA-ya verdiyi xəbərə görə, bu ayın sonunda MTN Strateji Araşdırmalar Mərkəzi «Akademiya şəhərciyi»ndə, Hüseyn Cavid prospekti 33 ünvanda yerləşən binanı böşaldacaq. Bununla əlaqədar MEA Rəyasət Heyəti qərar qəbul edib. Qərara əsasən, həmin binaya MEA Radiasiya Problemləri İnstitutu və N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası köçürüləcək.
Radiasiya Problemləri İnstitutunun binasına isə MEA İnformasiya Texnologiyaları İnstitutunun binasında yerləşən Riyaziyyat və Mexanika İnstitutu köçürüləcək.
«Akademiya şəhərciyində» yerləşən digər qeyri-akademik qurumlar Dövlət Reyestri Xidməti və Moskva Dövlət Universitetinin (MDU) Bakı filialıdır. Ölkə prezidentinin 2011-ci ildə verdiyi sərəncama əsasən, bütün qeyri-akademik qurumlar «Akademiya şəhərciyi»ndən çıxmalıdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 410