Muəllif:

Ahıska Türklərinin sürgünündən 69 il ötür: mücadilə davam edir

Ahıska Türklərinin Vətən mücadiləsi davam edir. Bu gün onlar dünyanını 10 ölkəsinə səpələniblərsə də, vətənə qayıdış inadından dönməyiblər. Bu günlərdə sürgünün 69-cu ilini qeyd edərkən çeşidli ölkələrdə toplumun diqqətini bu xalqın facisəinə yönəltməyə çalışırlar. Dostlarımızdan aldığımız xəbərə görə, Doğu Akdəniz Üniversitesi (DAÜ) və QKTC Ahıska Türkləri ve Dayanışma Dərnəyinin ortaq gerçəkləşdirdiyi “Sürgünün 69-cu İlində Ahıska Türkləri və Onurlu Vətən Mücadiləsi” mövzusunda
konfrans təşkil etmişlər. Konfrans Kazımağusa şəhərində Rauf Raif Denktaş Kültür və Kongrə Sarayında gerçəkləşib. Konfransa millət vəkilləri, elm adamları və tələbələr qatılmışdır.

Dünya Ahıska Türklər Birliyi (DATÜB) Genel Başkan Vəkili Prof. Dr. İlyas Doğan tərəfindən təşkil edilən bu konfransda DAÜ-də təhsil alan Ahıskalı tələbələr öz milli rəqslərini ifa etmiş,Dünya Ahıska Türkləri Birliyinin hazırladığı və Ahıskalı Türklərin tarixini anladan sinevizyon göstərilmişdir. Prof. Dr. Doğan dünyanın 10 ölkəsinə dağılmış olan Ahıska Türklərinin yaşamış olduqları zorluqları ve dünyanın 10 ölkəsində nəşkilatlanaraq, DATÜB çatısı altında toplanılaraq vətən torpaqları olan Ahıskanın geri alınması
üçün aparılan şərəfli mücadilədən söz açmışdır.

İlyas Doğan gəncliyi bu haqlı mücadiləni daha inadla sürdürməyə çağırvışdır.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 198