Muəllif:

AHİM Doğu Perincekin İsvecrəyə qarşı iddiasını haqlı saydı

Bu qərar erməni diasporu və lobbisinin mövqelərinə ciddi zərbə kimi qiymətləndirilir. Avropa İnsan Haqları Məhkəməsi İsveçrədə uydurma “erməni soyqırımı”nı inkar etdiyi üçün bu ölkə məhkəməsi tərəfindən cəzalandırılan (cərimələnən) Türkiyə İşçi  Partiyasının (İP) sədri Doğu Perinçəkin İsveçrə əleyhinə şikayətini haqlı sayıb. Bu vəşhur əhvalatdır və 6 il öncəyə dayanır. Doğu  Perinçək 2007-ci ildə İsveçrədə toplantılarda “erməni soyqırımı”nın baş vermədiyini və ermənilərin bu yalandan Türkiyə əleyhinə istifadə etdiyini söylədikdən sonra İsveçrədəki ermənilərin şikayəti əsasında bu ölkədə məsuliyyətə cəlb olunub və cərimələnib.

Əvvəlcə İsveçrə hüquq sistemi daxilində bu qərara etiraz edən  Perinçək son apellyasiya instansiyasının qərarında sonra Avropa İnsan Haqları Məhkəməsinə müraciət edərək İsveçrənin Avropa İnsan Haqları Konvensiyasının fikir azadlığı ilə bağlı 10-cu və qanuni əsas olmadan ittiham irəli sürülməyəcəyinə dair 7-ci maddəsini pozduğunu bildirib. Məhkəmə şikayəti qəbul edərək İsveçrədən müdafiə tələb edib, eyni zamanda Türkiyə hökumətinin də bu məsələyə münasibətini soruşub. Yekunda  Perinçəkin şikayəti əsaslı sayılıb.

Avropa İnsan Haqları Məhkəməsinin bu qərarının Avropa Şurasına üzv ölkələr üçün presedent təşkil edəcəyi bildirilir. Bu isə erməni diasporu və lobbisinə ciddi zərbədir. Xatırladaq ki, erməni lobbisi Fransa başda olmaqla bir çox ölkədə uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanun qəbul etdirməyə çalışır. Fransada qəbul edilən bu cür qanun ölkəni Konstitusiya Şurası tərəfindən ləğv edilsə də, hazırda ermənilər bu qanunu yenidən qəbul etdirmək istəyirlər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 197