Muəllif:

AgustaWestland helikoptrləri çatdırmağı gələn il yekunlaşdıracaq

İtaliyanın AgustaWestland şirkəti Azərbaycanın sifariş verdiyi AW-139 və AW-189 markalı helikopterlərin çatdırılmasını gələn il yekunlaşdıracaq.Dubay Aviaşousunda iştirak edən AgustaWestland şirkətindən məlumat verilib ki, hazırda şirkət AW-139 tipli helikopterlərin istehsalı və çatdırılmasını həyata keçirir. Gələn il isə AW-189 tipli 2 helikopter istehsal olunaraq, Azərbaycana veriləcək. Oktyabrın əvvəllərində 2 ədəd AW-139 Azərbaycana çatdırılıb (APA).

Azərbaycanla imzalanmış müqavilənin dəyəri 115 mln. avro təşkil edir. Müqavilə çərçivəsində Azərbaycan 10 ədəd — 8 ədədi AW-139, 2 ədədi isə AW-189 tipli helikopter alacaq.

«Bu helikopterlərdən əsasən ofşor daşımalar, fövqəladə tibbi xidmətlər, axtarış-xilasetmə əməliyyatları və VİP xidmətlər üçün istifadə olunur», — deyə şirkətdən bildirilib.

Şirkət nümayəndələrinin sözlərinə görə, helikopterlər fərqli hava şəraitində fəaliyyət göstərə bilir. Axtarış-xilasetmə (SAR) missiyaları üçün nəzərdə tutulan helikopterlər pis hava şəraitində və gecə vaxtı uçuş-axtarış imkanları verən gecəgörmə sistemi və FLİR kamerayla təchiz olunub.
AgustaWestland postsovet məkanında sürətli böyümə yaşadığını bildirən şirkət rəsmilərinin sözlərinə görə, bu region onlar üçün yeni və perspektiv bazar hesab olunur. Şirkət nümayəndələri Azərbaycanla müxtəlif tipli — fövqəladə hallar zamanı axtarış xilasetmə və hərbi təyinatlı helikopterlərin alğı-satqısına dair müzakirələrin aparılmasını nə təsdiq, nə də təkzib ediblər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 161