Muəllif:

Ağsuda mal-qara oğruları yaxalanıb

Ağsu sakinləri rayon polis şöbəsinə müraciət edərək onlara məxsus iri və xırdabuynuzlu mal-qaranın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər. Ağsu rayon Polis Şöbəsinin rəis müavini Mehman Məmmədov bildirib ki, oğurluq faktı ilə bağlı istintaq qrupu dərhal əməliyyata başlayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonundakı heyvan bazarında Ağsu rayonundan oğurlanan mal-qaranı satan cinayətkar qrupun 3 üzvü yaxalanıb.

Şübhəli şəxs qismində saxlanılan Ağdam rayonundan olan və Qəbələ rayonunda müvəqqəti məskunlaşan Sarıyev Nofəl Asəf oglu və Qəbələ rayonunun Bum qəsəbə sakinləri-Soltanov Şəhriyar Məlikmürşüd oğlu və Rəşidov Murad Müsənnif oğlu istintaqa təhvil verilib.

Oğurlanmış mal-qaranın bir hissəsi zərərçəkmişlərə qaytarılıb. Cinayət əməlini törədən dəstə üzvləri tutduqları əməldən peşiman olduqlarını etiraf edib. Bu və ya digər şəxslərin həmin cinayət hadisəsində iştirakının araşdırılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Faktla bağlı CM 177.2.1 və 177.2.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır (APA).

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 197