Muəllif:

Ağstafa–Poylu-Gürcüstan sərhədi avtomobil yolu yaxın vaxtlarda istismara verilir

Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu yenidən qurulur.
Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-dən Trend-ə verilən məlumata görə, avtomobil yolunun ümumi uzunluğu 59 km-dir. 26 km-i asfalt-beton, 33 km-i isə çınqıl örtük təşkil edən 3-cü texniki dərəcəli yol uzun müddət istismarda olduğundan yol geyimində dağılmalar və çökmələr baş verib, yol avadanlıqları, süni qurğular yarasız vəziyyətə düşüb.
2-ci texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulan yol boyu artıq süni qurğuların tikintisi, torpaq işləri və 56 km məsafədə asfalt-beton örtüyünün döşənməsi işləri başa çatdırılıb.
Hazırda beton küveytlərin tikintisi, çiyin hissələrinin yolun səviyyəsinə qaldırılması, yol nişanlarının qoyulması və qalan ərazidə asfalt-beton işləri gedir. Yolun yaxın vaxtlarda istismara verilməsi gözlənilir.
Qeyd edək ki, sözügedən yol Qazax və Ağstafa rayonlarını kənd və yaşayış məntəqələri, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirəcək.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 356