Muəllif:

Ağstafa — Böyük Kəsik avtomobil yolu ilin sonunadək hazır olacaq

İllərdən bəri bərbad halda olan Ağstafa-Poylu-Gürcüstanla dövlət sərhədi avtomobil yolu nəhayət ki, yenidən qurulur.2011-ci ilin sentyabr ayında başlanılan işlərin 2013-cü ilin sonunda başa çatdırılması planlaşdırılır. Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 26 km-i asfalt-beton, 33 km-i isə çınqıl örtük təşkil edən 3-cü texniki dərəcəli yol uzun müddət istismarda olduğundan, yol geyimində dağılmalar və çökmələr baş verib, yol avadanlıqları, süni qurğular yararsız vəziyyətə düşüb.

Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-dən yayılan məlumata görə, layihə çərçivəsində Qazax və Ağstafa rayonlarını kənd və yaşayış məntəqələri, eləcə də Bakı-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ilə əlaqələndirən 59 km-lik yolun yenidən qurulması, 3 körpünün əsaslı təmiri nəzərdə tutulur.

Artıq yol boyu süni qurğuların, torpaq yatağının tikintisi, 20 km-də 2 qat asfalt-beton örtüyünün salınması başa çatdırılıb. Hazırda digər hissələrdə asfalt-beton örtüyünün salınması işləri davam etdirilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 280