Muəllif:

Ağızdan gələn xoşagəlməz qoxuların qarşısını necə almalı?

Ağızdan gələn qoxulardan yaxa qurtarmaq hec də çətin deyilmiş. Bu barədə Trend-in TRThaber-ə istinadən yaydığı məlumatda deyilir. Mütəxəssislər əmin edir ki, ağız iyinin 90 faizi ağız boşluğunda olan problemdən qaynaqlanır. Bu məsələdən şikayət edənlərə ilk öncə diş həkiminə müraciət etmək tövsiyə edilir. Çünki ağızdakı çürük dişlər, müalicə zamanı qeyri-peşakar qoyulmuş diş qabaqları və protezlər, eyni zamanda diş ətinin iltihabı da ağızda pis qoxulara yol açır.
Soğan və sarımsaq kimi qida məhsullarından istifadə edildikdə isə, ağız müntəzəm yuyulmalıdır. Belə vəziyyətdə ağız boşluğu, dişlər fırçalanmalı və yaxud ağız yaxalanmalı, saqqız ciynənməli və saf su, yəni maye qəbul etmək qoxuları aradan qaldırır. Hər dəfə diş fırçalandiqdan sonra dilin yuyulması və diş aralarının sapla təmizlənməsi də məsləhətdir.
Həkimlərin fikrincə, qida ağızda yaxşıca ciynənərsə, qida qalığının diş üzərinə yapışmaq riski də azalar. Sən demə ağızda xoş qoxunun sirri həmdə ədviyyatlarda imiş. Məsələn mütəxəsislər bakterialarla mübarizədə darçından istifadə etməyi vacib sayır. İstənilən halda yemək və içdiyiniz içkiyə bir miqdar darçın əlavə etməklə ağızdakı xoşagəlməz qoxunun qarşısını ala bilərsiz.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 3555