Muəllif:

Ağır təhqirlərin əvəzini həyatı ilə ödəyib, sonra isə…

Ağır təhqiri dilinə gətirməyi özünə rəva görən adam çox vaxt sonrasını fikirləşmir. Bədən isə qnanitdən deyil, ətdəndir. Ən azından bəçaq işləyə bilir… O, təhqirin əvəzini həyatı ilə ödəyir, sonra isə cəzanı verənin özü cəza cəkməli olur. Ləmir barmaqlıqlar arxasında. Qəsdən adam öldürməkdə təqsirli bilinən Ağdaş rayon sakini Elşən Sadıqovun cinayət işi üzrə məhkəmə buna daha bir misaldır.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Ittihama görə, təqsirləndirilən şəxs bu ilin mayın 22-də Xəzər rayonun Türkan qəsəbəsində münaqişə zəminində Şəki şəhər sakini Qeyrət Ağabalayevi (1991) bıçaqla qətlə yetirib. Qətli törədən Ağdaş rayon sakini Elşən Sadıqov (1987)saxlanılıb.
Istintaq müəyyən edib ki, hadisə baş verən günü axşam saatlarında içkili vəziyyətdə olan Qeyrət Ağabalayev Elşən Sadıqovun 12 yaşlı bacısı oğlundan velosipedi alıb və sürməyə başlayıb. Uşaq velosipedi qaytarmağı tələb edəndə, Qeyrət Ağabalayev onu söyüb və velosiped sürməyinə davam edib. Bundan sonra evə gələn uşaq dayısı Elşən Sadıqova şikayətlənib.
O zaman küçəyə çıxan Sadıqov uşağı incidənlə hesablaşmaq istəyib. Lakin Qeyrət Ağabalayev velosipedi qaytarmaq barədə heç düşünməyib. Gənc insanlar arasında mübahisə başlayıb və bu zaman içkili qonşu Elşən Sadıqovun ünvanına ağır təhqirlər işlədib. Qəzəblənmiş Elşən Sadıqov yanında olan bıçağı götürərək, Qeyrət Ağabalayevin qarnına soxub. Qarın nahiyəsindən deşici yara almış Qeyrət Ağabalayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, Bakıda fəhlə işləyən və Türkanda mənzil kirayələyən Qeeyrət Ağabalayev ötən ilin qışında evlənibmiş. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı sentyabrın 5-nə təyin edilib…

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 193