Muəllif:

“Ağ ölümün kölgələri”

Sosial bəlalardan biri və onun qurbanları haqqında serialən çəkilişinə start verilib. Söhbət ağ ölümdən gedir. Ssenari müəllifi və quruluşçu rejissoru Nadir Muqbilov olan “Ağ ölümün kölgələri” adlı 20 seriyalı ekran işində döyüş səhnələrinə xüsusi yer ayrılıb. Eyni zamanda serial ağ ölümə qurşananların faciəli həyatını açıb göstərəcək. Rejissor ekran işini dinamikliyi ilə digər seriallardan fərqləndirəcəyinə söz verdi. Çəkilişlərinə start verilən filmdə əməkdar artistlər Suqra Bağırzadə, Azad Şükürov, Aydın Əliyev, eyni zamanda Ənvər Həsənov, Rəşad Kəsəmənli və mahnı ifaçısı kimi tanıdığımız Cəvahir Abdulova və başqaları rol alıblar. Bu, Cəvahir xanımın kinoda ilk roludur.
Rejissor sənətçi xanıma filmdə baronun qızının rolunu həvalə edib. O, filmdə də bir sənətçi xanımın həyatını oynayacaq.
Cəvahir xanım rejissorun ekran işinin cəmiyyət üçün çağırış xarakterli olduğunu dedi:
“Təəssüf ki, cəmiyyətimizdə pis vərdişlərdən əziyyət çəkən insanlar var. Bu filmdə ağ ölüm istifadəçiləri sanki kənardan özlərini izləyib, hansı duruma düşdüklərini görəcəklər. Ümid edirəm ki, serial, onları pis vərdişdən uzaqlaşdırmağa bir vasitə olacaq. Filmdə bunula yanaşı, cəmiyyətimizdə problemə çevrilməkdə olan müxtəlif məqamlar da əksini tapacaq”.
Xatırladaq ki, film “MM” studio, Zoom Film Company və Azərbaycanfilm Kinostudiyasının birgə istehsalıdır. Filmin ikinci rejissoru Fikrət Məmmədov, səs operatoru Eldar Şahverdiyev, prodüseri Elçin Ağayev, bəstəkarı Zaur Zeynaldır.
Filmin rejissoru Nadir Muqbilov bundan öncə “Hökm”, “Qara bazar” və “Prokuror” filmlərini ekranlaşdırıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 381