Ağ Evin saytında daha bir antierməni Petisiya
Ağ Evin saytında ermənilərin Anadoluda Türk-Müsəlmanlara qarşı törətdiyi soyqırımın tanınması çağırışının əks olunduğu Petisiya yerləşdirilib. Rəsmi saytın “Biz xalqıq” (We are the people) bölməsində “Soyqırımı yad edin və tanıdın” adlı yeni Petisiyadan söz gedir.Bu Petisiyada 1914-1922 illərdə ermənilər tərəfindən Anadoluda Türk-Müsəlmanlara qarşı törədilən soyqırımın tanınması çağırışı əksini tapıh.
Petisiyada deyilir: “1914-1922 illərdə ermənilərin “Daşnak” və “Hnçak” partiyalarının silahlı qruplaşmaları və Rusiya, Yunanıstan və Fransa ordularında xidmət edən erməni könüllülər sistematik olaraq Anadoluda və Qafqazda yaşayan türkləri və kürdləri öldürüblər. 523 min 955 müsəlman bu soyqırımın qurbanı kimi müəyyən edilib. Bir çox insan itkin düşüb ya da qardaşlıq məzarlarında basdırılıb. Qərb tarixçilərinin hesablamalarına görə, bu illər ərzində ən azı 2,5 milyon insan erməni millətçiləri tərəfindən qətlə yetirilib. Amerikada yaşayan türklər və soyqırım qurbanlarının ailələri adından biz prezidenti bu qətlləri tanımağa çağırırıq”.
Qeyd edək ki, martın 15-dək bu Petisiyanı 100 min nəfər imzalamalıdır. Hazırda petisiyanı 450 nəfərdən çox insan imzalayıb. (https://petitions.whitehouse.gov/petition/commemorate-and-recognize-soyk%C4%B1r%C4%B1m-%E2%80%93-1914-1922-muslim-genocide-anatolia-and-caucasus/ZSFLZGmD)