Ağ Ev Ermənistana “çəkil” demək istəmir
Ağ Evin rəsmi saytında Türkiyə hökumətinə ünvanlanmış imzatoplama təşkil olunub.. Saytda rəsmi Ankara heç bir şərt irəli sürmədən öz sərhədlərini Suriya erməniləri üçün açmağa çağırılır. Müraciətdə deyilir ki, Suriyadan Ermənistana yol Türkiyədən keçir və 1993-cü ildən Türkiyə-Ermənistan sərhədi bağlı olduğu uçun bu, qaçqınlar üçün böyük problem yaradır. Hazırda kampaniya çərçivəsində 100-ə yaxın imza toplanılıb. Fevralın 4-ə kimi davam edəcək kampaniya çərçivəsində bu rəqəmin 25 minə çatdırılması planlaşdırılır (APA).
Çox qəribədir, Ağ Ev Ermənistana işğal etdiyi Azərbaycan torpaqlarından “çəkil” demək istəmir, 20 ildir diplomatik oyunu davam etdirir. Görünür, özlərini ağıllı, biz türkləri siyasətdə əfəl, bilməz yerinə qoyurlar.
60 min erməni Vaşinqton üçün önəmli, 1 milyon Azərbaycan türkünün insanlıq dışı problemi onlar üçün önəmsiz… Bu əxlaqi siyasətdirmi?