Muəllif:

AFFA Türkiyə Superkubok matçından niyə imtina etdi görəsən?

AFFA  Türkiyə Futbol Federasiyasının Bakıda ölkənin Superkubok yarışını keçirməsindən imtina edib. Türk mediasının yaydığı bu məlumatı AFFA-nın baş katibi Elxan Məmmədov Turan-a təsdiqləyib. Onun sözlərinə görə, imtinaya səbəb vaxtın olmaması və AFFA-nın özünün çoxlu sayda tədbirlərinin olmasıdır. 

  Türkiyə Federasiyası çempion Qalatasaray və kubok sahibi Fənərbahçe arasınsa yarışın avqustun 11-də Bakıda keçirilməsini təklif etmişdi. Son illər Türkiyə Federasiyası Superkubok uğrunda matçları öz ölkəsindən kənarda – böyük türk diasporunun olduğu Almaniya, Avstriya kimi yerlərdə keçirir. Azərbaycan da Türkiyə futbolunun çoxsaylı pərəstişkarlarının olması nəzərə alınaraq seçilmişdi.

  İdman şərhçilərinin fikrincə, AFFA-nın arqumentləri o qədər inandırıcı deyil, çünki matça hələ iki ay var. Çox güman ki, bu, “başağrısı”ndan qaçmaq istəyindən irəli gəlib.

  Qalatasaray və Fənərbahçe arasında matçlar hər zaman kompromissizliyi ilə fərqlənir. Həm meydançada, həm də kənarda hər iki komandanın fanatları arasında qarşıdurma yaranır. Son vaxtlar azərbaycanlı fanatlar da matçlardan sonra iğtişaşlar törədirlər. Bu kimi hadisələr Neftçi və Xəzər Lənkəran klubları arasında yarışdan sonra baş verib. Prokurorluq fakt üzrə cinayət işi qaldırıb.

  Çox güman ki, Bakıda matçdan imtinaya Türkiyədəki son hadisələr də təsir göstərib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 156