Muəllif:

AFFA klubları cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclasında Premyer Liqanın ikinci turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib. Premyer Liqanın II turunun «Rəvan» — «Neftçi» matçının 78-ci dəqiqəsində «Rəvan» klubunun futbolçusu Miloş Adamoviç əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın II turunun AZAL — «Bakı» matçının 45+1-ci dəqiqəsində «Bakı» klubunun futbolçusu Devidas Çesnauskis idmançiya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Premyer Liqanın II turunun «Qarabağ» — «Sumqayıt» matçının 32-ci dəqiqəsində «Qarabağ» klubunun azarkeşləri tərəfindən pirotexniki vasitə yandırıldığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 82-ci dəqiqəsində «Sumqayıt» klubunun futbolçusu Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 125