Adıgündə minarəni sökmək müsəlman gürcüləri hiddətləndirdi
Hadisə Gürcüstanın keçmişdə türklərin yaşadığı Ahısqa, indi isə Samtsxe-Cavaxeti adlandırılan
Adıgün rayonunu Çala kəndində baş verib. Orada 20 sakin saxlanılıb, onlar polisə fiziki müqavimət göstərməkdə ittiham olunur. Hadisə avqustun 26-da Çela kəndində bir ay öncə tikilmiş minarənin sökülməsinə görə baş verib. Bu qeyri-tolerant hərəkət barədə DİN tərəfindən yayılan məlumatdan
öyrənirik.
Gürcüstan Müsəlmanları İttifaqının rəhbəri Tariel Nakaidzenin verdiyi məlumata görə, bu gün yerli icra nümayəndəliyi məscidin minarəsini sökmək istərkən, məscidin həyətinə gələn müsəlmanlar əraziyə buraxılmayıb. Nəticədə polislə yerli sakinlər arasında qarşıdurma baş verib: “Hadisə yerinə çoxlu sayda insan toplaşıb. Mən dövlət strukturlarını minarəni sökməməyə çağırıram”.
Qeyd edək ki, bölgədə tarixən müsəlman türklər və islama keçən gürcülər yaşamışlar. Bu diyarda islamın dərin kökləri var.
Hadisə yerində olan Gürcüstan DİNn əməkdaşlarının saxladığı şəxslər Axaltsixe rayon polis idarəsinə aparılıb. Çala kəndindən gələn 200 nəfər kənd sakini Axaltsixe rayon polis idarəsinin qarşısında saxlanılan şəxslərin azad edilməsini, eyni zamanda zədələnən minarənin bərpa olunmasını tələb edirlər.
Acarıstan müsəlmanları da Samtsxe-Cavaxetidə yaşayan müsəlmanlarla həmrəylik olduqlarını elan ediblər. Xulo rayonunun müftisi Aslan Abaşidze bildirib ki, 500 nəfərədək insan artıq Axaltsixeyə yola düşüb: “Biz hələ Danisparauli kəndində dayanmışıq. Hakimiyyətə məsələni sülh yolu ilə həll etmək imkanı vermək istəyirik. Xalq həyəcan içindədir. Çünki məscidə gedən yolları xüsusi təyinatlılar bağlayıb”.