Adigün rayonunda sökülmüş minarə bərpa olunub
Bu ilin yayında Çela kəndində (Gürcüstanın Adıgen rayonunda — Mesxetiya Rürkləri oradan 1944-cü ildə sürgün edilib) sökülmüş minarə şəhər şurasının qərarı ilə noyabrın 28-də bərpa olunub.
Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, minarə avqustun 26-da sökülüb. Məqsəd «bütün konstruksiyanın və əmtəə kodunun yoxlanması» olub. Bu hərəkətlər Gürcüstanın islama etiqad edən əhalisinin qəzəbinə səbəb olub. Etiraz aksiyaları keçirilib.
Minarənin əvvəlki yerində bərpa olunacağı barədə məlumatlardan sonra regionun xristian sakinlərinin bir hissəsi etiraz aksiyasına başlayıb. Onlar avqustun 29-da etiraz aksiyası keçirərək yolu bağlayıblar.
Sentyabrın əvvəlində İvanişvili bildirib ki, Çela kəndində minarənin sökülməsinin dini dözümsüzlüklə heç bir əlaqəsi yoxdur (Turan-BSPRESS).
Bu hadisə göstərir ki, bu qonşu ölkədə toplum arasında xoşgörü, yaxud tolerantlıqla bağlı problemlər var.