Adı rüşvətdə hallanan nazir Zəfər Çağlayan da istefa verdi
Adı rüşvətdə hallanan nazir Zəfər Çağlayan da istefa verdi, deyə Anaddolu Agentliyi xəbər yayıb.Türkiyədə son olayların gedişində adı korrupsiya qalmaqalında hallanan Zəfər Çağlayan bu gün istefa vermək qərarına gəldiyini yazılı şəkildə bildirib.
Bəlli olduğu kimi, Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib.
Zəfər Çağlayan ərizəsində özünü və oğlunu təmiz ə çıxarmağa çalışır:
«17 Aralık tarixi etibariylə gerçəklədtirilən operasyonun, hökumətimizə, partiyamıza və ölkəmizə qarşı kirli bir tezgah olduğu çox açıq bir şəkildə ortadadır.
Yaxın çalışma arkadaşlarımın ve övladımın da daxil edildiyi bu çirkin oyunu pozmaq və gerçəklərin ortaya çıxmasını sağlamak üçün Ekonomi Bakanlığı görəvimdən ayrılmış bulunmaqdayım.»
Bundan öncə iç işləri naziri Müəmmər Gülər də istefa verdiyini açıqlamışdı.