Muəllif: Redaksiya
Adamı bilərəkdən qanunsuz həbsdə saxlayanlar 4 ilədək azadlıqdan məhrum olacaq
Adamı bilərəkdən qanunsuz olaraq həbs yerində saxlayanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar. MM-dən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə xüsusi olaraq 292.2 -1 maddəsi əlavə olunur. Yeni maddədə bildirilir ki, bilə — bilə qanunsuz həbs yerində saxlama 4 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İndiyə qədər bu hal müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati məsuliyyət olaraq müəyyənləşdirilirdi. Yeni layihə Milli Məclisin dekabrın 27 – də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Bölüm: Cəmiyyət
Oxunma sayı: 102