Muəllif:

Adam damdan yıxılıb ölüb, polisin nə təqsiri?

Türkiyə polisi sentyabrın 9-da keçirilən etiraz aksiyası zamanı Əhməd Ataxanın ölümünə etiraz olaraq Ankarada və Hatay vilayətində nümayiş keçirən qrupu dağıdıb.
Telekanalın məlumatına görə, etirazçılar və polislər arasında baş verən qarşıdurma nəticəsində bir neçə nəfər yaralanıb.
Xatırladaq ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Müəmmər Gülər bildirib ki, Türkiyənin Hatay vilayətində nümayişçi Əhməd Atakanın ölümü onun damdan yıxılması ilə bağlıdır və Türkiyə polisinin onun ölümünə aidiyyəti yoxdur.
Nazir bildirib: «Tibbi ekspertiza göstərib ki, Ataxan damdan yıxılması nəticəsində ölüb. Polisin Ataxanın ölümünə heç bir aidiyyəti yoxdur».
Qeyd edək ki, avqustun 9-da Türkiyənin Hatay vilayətinin Antakya rayonunda hakim Ədalət və İnkişaf Partiyasının yürütdüyü siyasətdən narazı olan şəxslər etiraz aksiyası keçiriblər. Aksiya zamanı ölkənin təhlükəsizlik qüvvələrinin əməkdaşları ilə nümayişçilər arasında qarşıdurma baş verib. Qarşıdurmalar nəticəsində bir nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.
Xatırladaq ki, Türkiyədə bu ilin may ayında təxminən üç həftə ərzində etiraz aksiyaları keçirilib. Rəsmi Ankara nümayişlərin antihökumət xarakteri daşıdığını bəyan edib.
Həmin vaxt baş verən qarşıdurmalar nəticəsində dörd minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, 5 nəfər ölüb, 4,9 minə yaxın insan isə polis tərəfindən saxlanılıb.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 113