Muəllif:

ACP buraxılır, yeni partiya qurulur

Açıq Cəmiyyət Partiyası buraxılıb və yeni partiyanın qurulması ilə bağlı Təşkilat Komitəsi (TK) yaradılıb. Bu haqda Turana TK-nın sədri Sülhəddin Əkbər bildirib.  O, partiyanın buraxılmasını qurumun yenidən qurulması ilə əlaqələndirib.  29 nəfərdən ibarət TK formalaşdırılıb.  S.Əkbər partiyanın adının dəyişdiriləcəyini istisna etməyib. Komitənin 2014-cü il yanvrın 5-nə təyin edilən toplantısında partiya quruculuğu ilə bağlı fəaliyyət istiqamətlərinin müəyyən olunması nəzərdə tutulur.

Əkbər partiyanın mərkəzçi, liberal-demokrat təmayüllü partiya kimi fəaliyyət göstərəcəyini qeyd edib.

Açıq Cəmiyyət Partiyası (ACP) 2007-ci ildə təsis edilib. 1996-ci ildən ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyev partiyanın lideridir. Partiyanın ilk sədri keçmiş deputat Akif Şahbazov olub. S.Əkbər 2012-ci ilin mayından partiyanın sədri idi. R.Quliyev 2013-cü il oktyabrın 13-də partiya liderliyi və partiya sıralarından istefa verib.

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 115