Muəllif:

Abxaziyada rus diplomatın başına güllə sıxdılar

Rusiyanın qondarma “Abxaziya Respublikası”ndakı səfirliyinin konsulluq şöbəsinin 1-ci katibi Dmitri Vişernev öldürülüb. Qətl sentyabrın 9-da Moskva vaxtı ilə səhər saatlarında baş verib. Vişernev Suxumidəki evinin qarajının qapısında odlu silahdan başına açılan atəşlə qətlə yetirilib. Onun öz xidməti avtomobili ilə qarajdan çıxarkən vurulduğu bildirilir. Avtomobildə 36 yaşlı diplomatın həyat yoldaşı da olub. Hadisədə onun da yaralandığı və xəstəxanaya aparıldığı xəbər verilir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 136