ABU-nun sabiq müəlliməsi dələduz qismində həbs edilib
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq müəllimi həbs edilib. Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində CM 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, Göyçay rayon sakini Afaq Rafiq qızı İbrahimova (1970) tutularaq istintaqa təhvil verilib.
İbrahimova əvvəllər ABU-da çalışıb. Xeyli sayda vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən İbrahimovanın həbsinin ABU-nun sabiq rektoru Elşad Abdullayevlə bağlı olub-olmadığı məlum deyil.
İbrahimova dələduzluq faktına görə əvvəllər də bir neçə dəfə polis tərəfindən saxlanılıb. O, hər dəfə vətəndaşlardan aldığı pulu qaytaracağı barədə vəd verərək məsuliyyətdən yayınıb. Sonuncu dəfə isə məhkəmə A.İbrahimova barəsində həbs-qətimkan tədbiri seçməklə barəsində axtarış elan edibmiş.