ABU-nun keçmiş müəllimi bu səhər qandallandı
Azərbaycan Beynəlxalq Universitetinin dörd ay axtarışda olan keçmiş müəllimi du səhər həbs edilib. Şakir Həşimov vətəndaşlardan onların övladlarını universitetə düzəltmək adı ilə 80 min manat alaraq
mənimsəyib. Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş müəlliminin həbsi barədə APA-ya Binəqədi rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, CM 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Şakir Xəlil oğlu Həşimov bu gün tutularaq istintaqa təhvil verilib.
Polisdən bildirilib ki, Şakir Həşimov ABU-nun müəllimi olub. O, xeyli sayda vətəndaşdanonların övladlarını universitetə düzəltmək adı ilə 80 min manat pulunu alıb mənimsəməkdə təqsirləndirilir.
Dörd ay əvvəl barəsində axtarış elan olunmuş Şakir Həşimov bu gün səhər saatlarında Bakı şəhəri ərazisində saxlanılıb. Həşimov ABU bağlandıqdan sonra BDU-da işləyirmiş.