ABŞ təcavüzkar Ermənistana yardım ayıracaq
ABŞ hökuməti terrorçu və təcavüzkar, beynəlxalq hüquqa tüpürön və onu heçə sayanErmənistan ilə demokratiya və idarəçilik proqramlarına yardım haqqında yeni saziş imzalayacaq. Saziş Avropa və Avrasiya regionunda öz sahəsində unikal olacaq. Bu saziş barədə Trend çərşənbə axşamı Ermənistan KİV-ə istinadən məlumat yaydı.
Ermənistan hökuməti mətbuat xidmətinin məlumatına görə, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) İrəvan ofisinin rəhbəri Karen Hilliard Ermənistanın Baş naziri Tiqran Sarkisyan ilə görüşdə deyib.
O qeyd edib ki, Ermənistanın demokratiya və idarəçilik sahələrinə nəzərdə tutulan yardımın məqsədi daha səmərəli və məsuliyyətli idarəçilik sisteminin formalaşdırılmasına, xarici investisiyaların artırılmasına, vətəndaş cəmiyyətinin inkişafına və möhkəmləndirilməsinə, korrupsiya ilə mübarizəyə kömək etməkdir.
USAID nəzərdə tutulan saziş çərçivəsində yaxın 5 il ərzində Ermənistana demokratik islahatlara yardım etmək üçün maliyyə qismində 32 milyon dollar ayırmağı planlaşdırır.
Sazişi martın 31-dək imzalamaq planlaşdırılır.