ABŞ-ın İrana qarşı yeni sanksiyaları qüvvəyə minib
İyulun 1-dən ABŞ-ın İrana qarşı tətbiq etdiyi yeni sanksiyalar qüvvəyə minib.
Bu sanksiyalar İranın bütövlükdə xarici ticarətinin məhdudlaşdırılması məqsədi daşıyır.
Sanksiyalar İranın neft satışı, dəniz nəqliyyatı, gəmi istehsalı, xarici valyuta, qiymətli metallar, sənayedə işlənən əmtəələrin alğı-satqısının qarşısını alacaq. Bir sözlə, İranın tətbiq edilmiş sanksiyalardan yayınmasının qarşısını almaq məqsədilə atılıb. Sanksiya İrana neft satışının qarşılığında qızıl almasına da icazə verməyəcək. Ancaq sanksiyalar İranın dərman və qida məhsulları almasını özündə ehtiva etmir. ABŞ hökuməti isə bu sanksiyanı pozacaq şirkətləri təhdid edərək, onların bu ölkədəki əmlakının, bank hesablarının müsadirə olunacağını və ABŞ bazarına daxil ola bilməyəcəklərini açıqlayıb.
ABŞ İranın bütövlükdə neft və təbii qaz satışının qarşısını almağı qarşısına məqsəd qoyub. Ona görə də rəsmi Vaşinqton İraqa və Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan ölkələrə neft hasilatını artırmaqla İranın neftinin boşluğunu doldurmağı istəyib.
Russia Today telekanalına müsahibəsində Mahmud Əhmədinejad sanksiyalar nəticəsində əhalinin çətinliklər çəkdiyini etiraf etmişdir.

