Muəllif:

ABŞ-ı qlobal maliyyə fəlakətindən cəmi bir neçə gün ayırır

Dünya Bankının rəhbəri Cim Yen Kim Vaşinqtona xəbərdarlıq edərək bəyan edib ki, ABŞ-ı qlobal fəsadlarla nəticələnəcək maliyyə fəlakətindən cəmi bir neçə gün ayırır.

“Hazırda bizi çox təhlükəli məqamdan cəmi 5 gün ayırır. Mən ABŞ siyasətçilərini tez bir zamanda qərar verməyə çağırıram. Bu qərar dövlət borcunun yuxarı həddinin qaldırılmasına verilən son möhlət bitənədək qəbul olunmalıdır”. APA-nın «Röyters»ə istinadən verdiyi xəbərə görə, bunu Cim Yen Kim DB-nin inkişaf üzrə komitəsinin üzvləri ilə görüşündən sonra keçirilmiş brifinqdə deyib.

DB rəhbərinin sözlərinə görə, əgər bu baş verərsə — bu həm inkişaf edən, həm də inkişaf etmiş iqtisadiyyatlar üçün fəlakət olacaq.

Qeyd edək ki, hazırda respublikaçılar və demokratlar ABŞ-ın büdcəsinə və dövlət borcunun yuxarı həddinə dair razılığa gələ bilmirlər. Qeyri-müəyyənlik vəziyyətinin davam edəcəyi təqdirdə ABŞ-da defolt baş verə bilər.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 134