Muəllif:

ABŞ-dan hökumətimizə Şahdəniz təbriki gəldi

Amerika Birləşmiş Ştatları Azərbaycan hökumətini və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Şahdəniz konsorsiumunun özəl pay sahibləri  və Cənub qaz dəhlizi boyunca yerləşən bütün ölkələr də daxil olmaqla digər iştirakçı tərəfləri “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişinin imzalanmasıın uğurla başa çatması münasibətilə təbrik edir. Bu saziş və nəzərdə tutulmuş boru xətləri Türkiyə, Cənubi Avropa, Balkanlar və Avropanın digər ölkələrinin enerji təhlükəsizliyinin təminatı üçün çox faydalı olacaqdır.   Xəzər qazını beynəlxalq bazarlara çıxararaq, bu layihə davamlı iqtisadi artım üçün önəmli olan qlobal enerji ehtiyacının ödənilməsinə töhfə verəcək.

Mən fəxr edirəm ki, bir neçə il ərzində bu layihədə iştirak etmişəm və  bu günkü tarixi sazişin imzalanmasının şahidi olmuşam, deyə ABŞ-ın Azərbaycan səfiri xəbəri media ilə bölüşür.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 110