ABŞ Bakını deyişməyə son qoymağa və öhdəliklərini yerinə yetirməyə çağırıb
Azərbaycanda prezident seçkilərinə münasibət ifadə edən bəyanatını cümə axşamı yenidən təkrar edən ABŞ hökuməti rəsmi Bakıya seçkilə bağlı bütün məlumat və pozuntuların şəffaf və etimad ediləcək şəkildə təhqiqatını aparmağa və ATƏT/DTİHB-nin yekun hesabatında əksini tapan tövsiyələri yerinə yetirməyə çağırıb. Turan-ın müxbiri bildirir ki, bu dəfə rəsmi Vaşinqtonun mövqeyini ABŞ-ın ATƏT-də nümayəndəsi Daniel Baer çatdırıb.
ATƏT-in Vyanadakı Daimi Şurasına göndərilən bəyanatda deyilir:
“Biz Azərbaycan hökumətini sərbəst toplaşmaq, ifadə azadlığı barədə ATƏT qarşısında götürdüyü öhdəliklərinə hörmət etməyə çağırırıq. Biz rəsmi Bakını seçkilərdən sonra zorakılıqdan çəkinməyə çağırırıq.
Biz Azərbaycanı sabit, çiçəklənən və beynəlxalq birliyin demokratikləşən üzvünə döndərə bilmək üçün Azərbaycan xalqını dəstəkləməyə və hökumətlə çalışmağa hazırıq”.
Bəyanatda deyilir ki, ABŞ ATƏT/DTİHB-nin missiyası tərkibinə iki üzüunmüddətli və 25 qısa müddətli müşahidəçilər göndərib və seçkinin nəticələrinə dair missiyanın 10 oktyabrda verdiyi bəyanatı qəti şəkilkdə dəstəkləyir.
ATƏT/DTİHB-nin ilkin rəyinə görə, seçkilər ifadə, sərbəst toplaşmaq azadlıqlarının məhdudlaşdırılması ovqatında keçirilib. Seçki kampaniyası namizədlərə təzyiq, seçicilərin qorxudulması, KİV-lər üçün məhdudiyyət kimi “qanqaraçılığa” bulaşıb. Kampaniyanın bütün mərhələlərində və səsvermə günü ciddi problemlər yaşandığı yada salınır.
“ABŞ təəssüf edir ki, bu seçkilər beynəlxalq standartlardan və Azərbaycanın ATƏT qarşısındakı öhdəliklərindən çox uzaq olub”, deyə Baerin bəyanatında deyilir.
ABŞ missiyası ATƏT üzvü olan bəzi dövlətlərin seçkilərdə ATƏT-in rolunu şübhə altına qoymasından dərin narahatlıq keçirdiyini nəzərə çatdırır. ATƏT üzvü olan dövlətlərin seçkilərdə ATƏT/DTİHB-nin tövsiyələrini dəstəkləyəcəkləri barədə 1999-cu il İstanbul sammitində dəqiq öhdəliklər götürdükləri qeyd olunur.
İştirakçı dövlətlər ATƏT önündəki öhdəliklərinə uyğun azad və ədalətli seçkilər keçirmək öhdəliyi götürürlər.
Bu məsələ ilə bağlı 1990-cı ildə qəbil edilən Kopenhagen sənədində deyilir:
“Biz qəbul edirik ki, DTİHB iştirakçı-dövlətlərə seçki qanunvericiliyinin işlənməsi və icrası ilə bağlı iştirakçı-dövlətlərə yardım edə bilər.
Bu öhdəliklərə uyğun olaraq, seçkilər zamanı DTİHB, ATƏT Parlament Assambleyası və seçkiləri müşahidə etmək üçün dəvət olunurlar.
Biz DTİHB-nin seçkilərin kçeirilməsinə dair rəy və tövsiyyələrinə gecikmədən reaksiya verməklə də razılaşırıq”.
“Narahatlıq doğuran budur ki, Azərbaycan ATƏT qarşısında öz öhdəliklərinə və demokratik stnadartlara cavab verə bilməsi üçün üzə çıxan problemləri həll etmək əvəzinə DTİHB-nin seçkilərlə bağlı rəyini rədd edir”, deyə sonda qeyd olunur”.

