Muəllif:

Abdullah Öcalan: artıq silahlar sussun

PKK terror təşkilatının ömürlük həbsdə olan lideri Abdullah Öcalan İmralı həbsxanasından tərəfdarlarına göndərdiyi müraciət bu gün Diyarbəkirin mərkəzində Novruz şənliklərində türkcə və kürdcə oxunub. Öcalan müraciətində deyib: “Mənim etirazım çarəsizliyə, cahilliyə və köləliyə qarşıydı. Bizim mübarizəmiz etnik və ya hansısa dinə qarşı deyil, biz cəhalətə, geriliyə, hər cür zorakılığa qarşı çıxmışıq. Bu gün yeni bir Türkiyə, yeni bir Yaxın Şərq görürük. Bu gün yeni dönəm başlayır. Biz özümüzü bir xalq üçün fəda etdik, bu mübarizə səbəbsiz deyildi. Kürdlər kimliklərini yenidən yaratdılar.

Ərəb, fars, türk və kürd xalqlarını bir-birinə qarşı qaldırmağa çalışdılar. Savaşa və qarışıqlığa artıq yetər deyirik. Mən bu gün milyonlarla insanın şahidliyində yeni dönəmə start verirəm. Silah deyil, siyasət önə çıxsın. Bu bir nəticə deyil, yeni mərhələnin başlanğıcıdır.

Anadolu və kürd topluluqlarının sülh içində yaşaya biləcəyi bir mərhələdir bu. Demokratik haqlar, azadlıq və bərabərlik mərhələsi başlayır. Artıq silahlar sussun. Türk və kürd xalqlarının axan qanı duracaq. Silah deyil, siyasət işləyəcək.

Silahları buraxın və Türkiyə sərhədlərinin kənarına çıxın. Silahlı mübarizədən demokratik mübarizəyə keçid edirik. İndi savaş və savaşma zamanı deyil. Birlik, bir-birinə sarılma zamanıdır. Mənə güvənənlər mərhələnin həssaslığını sonuna qədər nəzərə almalıdırlar. Bu, mübarizədən vaz keçmək yox, yeni mücadilənin başlanması deməkdir.

Kürdlərin təşkilatlanmasının yeni modelini yaratmaq istəyirik. Bu modeli yaradanların öncülləri yenə də Mesopotamiya xalqlarıdır. Birlikdə demokratik və modern bir sistem quraq. Bütün rənglər demokratik modernləşmə sistemində yerini alsın.

Çanaqqala savaşında türklər və kürdlər çiyin-çiyinə vuruşdular, birlikdə şəhid oldular. İndiki zamanda müharibə etməyin heç bir faydası olmayacaq.

Mən bu zülmün sona çatması üçün sizə müraciət edirəm. Bu mərhələyə və demokratik çözümlə sülhə dəstək verənlərə salam olsun. Yadlaşdırma siyasəti qarşısında qardaşlığı və xalqların birliyini quracağıq. İnkar və assimilyasiya siyasəti gücünü xalqdan almırdı. Xalqların birgə yaşamasının məsuliyyəti hər kəsin üzərinə düşür”.

Öcalan onu da vurğulayıb ki, PKK silahlılarının Türkiyə ərazisindən çıxması və sülhün bərqərar olması üçün Türkiyə parlamenti üzərinə düşən tarixi missiyanı yerinə yetirməlidir.

Baş nazir Erdoğan ile Hollandiya baş naziri Mark Rutte Ankarada ortaq mətbuat konfransında Türkiyə baş naziri sözügedən müraciətə dair jurnalistlərin suallarına cavabında məsələyə ehtiyatla yanaşdığı diqqətdən qaçmayıb: «Müraciəti müsbət bir gəl olanları və olmayanlarıişmə olaraq görürəm. Ancaq əsas məsələ bu müraciətin nə şəkildə gerçəkləşəcəyidir. Reallığa ttəbiqində nə olacağı çok önəmlidir».

Erdoğan mesajdakı ifadələrin nə şəkildə qarşılıq görəcəyini ən qısa zamanda görməyi arzu etdiklərini vurgulayıb. Baş nazir deyib:

«Zatən tətbiq olunduğu andan etibarən də Türkiyədə hava dəyişəcəkdir. Bölgədə hava dəyişəcəkdir. Buradakı ifadələrdə yatan bir çox mesaj bilirsiniz ki, aylardır, illərdir söylədiyimiz sözlərdir. Silahlar buraxılmalıdır və aksiyalara qarışmış olanları və olmayanları bizlər təbii ki, bu anda bilə bilmərik, amma Haburda bəzi örnəklərini yaşadıq, ölkəmizi tərk etməlidirlər. Ölkəmizi tərk etmələri halında sülh bərqərar olacaq. O zaman bizim güvənlik güçlərimizin də zaten əməliyyat aparmasına ehtiyacın olmayacağını dəfələrlə söylədik. Bu əməliyyatlar öz-özünə aradan qalxar. Ta ki bu kimi aksiyalar olmasın.»

Anadolu agentliyinin xəbərinə görə, Baş nazir Diyarbəkirdəki novruz şənliklərində Türk bayraqlarının olmadığına diqqəti çəkmiş və bu halı müraciətə mənfi münasibəti olanların «provokativ yanaşması» adlandırmışdır. Türk siyasi fikrində Öcalanın bu savaşı durdura biləcəyinə şübhələr var. Bu ondan asılıdırmı?..

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 120