Muəllif:

Abdullah Gülün təbriki dövlət ənənəsinə uyğun həyata keçirilib

Hörmətli prezidentimizin Serj Sarkisyana yenidən prezident seçilməsi münasibəti ilə göndərdiyi təbrik dövlət ənənəmizə uyğun həyata keçirilib. Necə ki, əvvəllər başqa ölkələrdə seçkilərin nəticələri məlum olandan sonra təbrik mesajları göndərilib. Bu barədə APA-nın bu ölkənin Xarici İşlər Nazirliyinə ünvanladığı “Prezident Abdullah Gülün Ermənistandakı seçkisinin rəsmi nəticələri açıqlanmadan Serj Sarkisyanı təbrik etməsi Türkiyə diplomatiyasının ənənəsinə uyğundurmu, yoxsa bu, tamamilə hörmətli prezidentin öz təşəbbüsü ilə göndərdiyi bir təbrik mesajıdırmı?” sualının cavabında bildirilib. Türkiyə XİN-in açıqlamasında qeyd edilib ki, Türkiyə 16 dekabr 1991-ci ildə Ermənistanın müstəqilliyini tanıyıb: “Beynəlxalq nəzakət qaydaları çərçivəsində qarşılıqlı şəkildə mesajlar göndərilə bilinməkdədir. Məsələnin öz məzmunu çərçivəsində dəyərləndirilməsi faydalı olacaq”.

Əlavə edək ki, bu təbrik Bakıda bir çoxları tərəfindən açıq narazılıqla qarşılanıb

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 129