Muəllif:

Abdullah Gül: «Türk dünyasının bütün önəmli məsələlərinin başında Dağlıq Qarabağ problemi dayanır»

Bu gün bizləri ortaq edən dəyərlər, tək ortaq kültürümüz, ata yurdumuz deyil, parlaq gələcək istəyimizdir. Türk dünyası böyük bir mədəniyyətin mühüm parçasını təşkil edir. Ölkələr arasında 6 dövlət tək millət prinsipi ilə yürüdülən işlər inkişaf edir: «Prezidentlik dönəmimdə qardaş türk dövlətlərinə 19 səfər etdim. Dövlət başçılarımız səviyyəsində üst səviyyəli ziyarətlər əlaqələrin dərinləşməsinə kömək edir. Ancaq güclərimizi birləşdirməklə inkişafa və dayanışmaya nail ola bilərik.

Bu fikirləri Qəbələ şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammitində çıxışı zamanı Türkiyə prezidenti Abdullah Gül bildirib (APA).

Türkiyə prezidenti bildirib ki, türkdilli ölkələr Avropa və Asiyanı, şimal və cənubu bir-birinə bağlayan regionda yerləşir: “Bu layihənin ən önəmli hissəsi Azərbaycanla birgə həyata keçirdiyimiz Bakı-Tiflis-Qars layihəsidir. Bu dəmir yolu xətti türk ölkələri arasında ticarətin və əlaqələrin genişləndirilməsinə böyük töhfə verəcək. Bu layihənin davamı olaraq Bakı-Aktau və Bakı-Türkmənbaşı limanları arasında bərə xəttinin qurulması bu sahədə önəmli addımdır. Bu layihə ilə Çindən Avropaya birbaşa bağlantı qurulacaq. Mərmərə layihəsinin reallaşması ilə Qərbi Avropadan çıxan qatar birbaşa Asiyaya – Çinə gedəcək. Bu, gələcəkdə oyunları dəyişdirən bir layihə olaraq qalacaq. Tarixə baxdığımızda türk dövlətlərinin güclü olduğu dönəmlərdə İpək Yolu dünyanın əsas ticarət yolu olub. İpək Yolu türk dünyasının iqtisadi inkişafı və siyasi güclənməsinin açarıdır».

A. Gül ölkələr arasında quru nəqliyyatının inkişaf üçün tətbiq olunan kvotaların aradan qaldırılmasının, gömrükdə eyni standartlarda modernləşmənin həyata keçirilməsinə ehtiyac olduğunu deyib

Türkiyə prezidenti Dağlıq Qarabağ problemi üzrəində də dayanmış və qeyd etmişdir ki, Türk dünyasının bütün önəmli məsələlərinin başında Dağlıq Qarabağ problemi dayanır. Azərbaycan torpaqlarının işğalı ilə bağlı yaranmış mövcud durum qəbuledilməzdir.

Gül qeyd edib ki, Dağlıq Qarabağ problemi qısa zamanda həllini tapmalıdır: «Biz Dağlıq Qarabağ probleminin sülh yolu ilə, Azərbaycanın torpaq bütövlüyü çərçivəsində həllinə əlimizdən gələn dəstəyi verəcəyik. Gələcəkdə bu toplantının birinin də Dağlıq Qarabağın şəhərlərinin birində keçirilməsini arzu edirəm».

.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 158