Abdulatipov Dağıstan DİN-i «poqonlu əcinnələrdən» təmizləyəcək
Quzey qonşumuz Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Ramazan Abdulatipov Dağıstan DİN-i «poqonlu əcinnələrdən» təmizləyəcəyini elan etmişdir.
Onun sözlərinə görə, müvafiq yoxlamaların aparılması üçün RF daxili işlər naziri Vladimir Kolokoltsev Moskvadan bölgəyə mütəxəssislər göndərib.
Ramazan Abdulatipov əhalini «poqonlu əcinnələrdən» və digər rüşvətxorlardan
təmizləməkdə daxili işlər orqanlarına yardımçı olmağa, respublikada fəaliyyət göstərən bandit birləşmələrinə və cinayətkar qruplaşmalara qarşı birləşməyə çağırmışdır.
Rusiya mediasına istinadən, Abdulatipov deyib: «Bunlar vahid bir dəstədir, Dağıstana və dağıstanlılara qarşı savaş açıblar. Hüquq-mühafizə orqanlarını devirmək daha yetər, bunun özü də banditlərin faydasınadır».