Muəllif: Redaksiya
AB ilə vizanın sadələşlmə sazişi noyabrda imzalanacaq
Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı saziş noyabrda imzalanacaq. AB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib
ki, noyabrda Vilnüsdə AB və “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələrin dövlət başçılarının sammiti olacaq. Sammitdə prezident İlham Əliyev də iştirak edəcək və adıçəkilən sazişlər orada imzalanacaq: «Vizaların sadələşdirilməsi üzrə sazişlərin imzalanması Azərbaycanla Avropa Birliyi arasında münasibətlərin əyani sübutudur. Azərbaycan vətəndaşları üçün viza proseslərinin sadələşdirilməsinə artıq bir neçə ay qalır».
Bölüm: Siyasət
Oxunma sayı: 210