Muəllif: Redaksiya
AB Ermənistanı Azərbaycanla Madrid prinsipləri əsasında razılığa gəlmək üçün səyləri artırmağa çağırıb
Avropa Birliyi Ermənistanı Azərbaycanla Madrid prinsipləri əsasında razılığa gəlmək üçün səyləri artırmağa çağırır və bundan sonra da Dağlıq Qarabağ münaqişənin həllinə yardım etməyə hazırdır. Ermənistanda səfərdə olan AB-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle belə bir açıqlama ilə çıxış edib.
Məsələnin həssas olduğunu deyən komissar qeyd edib ki, buna baxmayaraq, nə İrəvanda, nə də Bakıda bu mövzu ilə bağlı susqun qalmaq olmaz.
Bölüm: Siyasət
Oxunma sayı: 162