Muəllif: Redaksiya
Quyu qazdıranda iri bir küpə rast gəldi
Ağdam rayonunda həyətyanı sahədə təsərrüfat quyusu qazdıran rayon sakini yerin alt qatından böyük bir küp tapıb. Bu qədim əşya rayonun Üçoğlan kəndində Gözəlovlar ailəsinə məxsus həyətyanı sahədə 1,5 metrlik dərinlikdən tapılıb.
Ev sahibi Hafiz Gözəlov bildirib ki, təsərrüfat üçün qazdığı quyudan küpü səliqə ilə çıxarıb və aidiyyəti qurumlara xəbər verib. Ev sahibinin çağırışına MEA Milli Azərbaycan Tarixi Muzeyindən dərhal reaksiya verilib. Muzeyin arxeologiya fond şöbəsinin müdiri Nasir Quluzadənin sözlərinə görə, tapılan küp orta əsrlərə aiddir və orta əsr azərbaycanlılarının təsərrüfatı üçün xarakterikdir.
Bölüm: Mədəniyyət
Oxunma sayı: 253