8 oktyabrdan yenidən dizayn edilmiş 100 dollarlıq gəlir
ABŞ Federal Rezerv Şurası yenidən dizayn edilmiş 100 dollarlıq əskinasların 8 oktyabr 2013-cü il tarixdən tədavülə buraxılacağını elan edib. ABŞ-ın Azərbaycan səfirliyi bildirir ki, mavi, 3-D təhlükəsizlik lenti kimi yeni təhlükəsizlik xüsusiyyətlərini özündə əks etdirən bu banknotların həqiqiliyini müəyyənləşdirmək ictimaiyyət üçün daha asan, onu saxtalaşdırmaq istəyənlər üçün isə daha çox çətin olacaq.
Banknotların yeni dizaynı 2010-cu ildə təqdim olunmuş, lakin istehsalla bağlı gözlənilməz gecikmə səbəbindən onun təqdimatı təxirə salınmışdı. Oktyabrda dövriyyəyə buraxıldıqdan sonra yenidən dizayn edilmiş əskinasların səmərəli dövriyyəsini təmin etmək məqsədilə ABŞ Valyuta Təhsil Proqramı yeni dizayn edilmiş banknotla bağlı məlumatlılığı artırmaq və onun təhlükəsizlik funksiyalarından necə istifadə etmək haqqında məlumat vermək məqsədilə dünya səviyyəsində fəaliyyət göstərən təşkilatlar və istehlakçılar arasında iş aparır.