Muəllif:

70 min manat vədi onu qatilə çevirdi

Hüquq-mühafizə orqanları daha bir qətl hadisəsinin üstünü açıblar.Bakı Şəhər Prokurorluğuna istinadən, ortada 70 min manat vədi olub, bu pulun şirinliyi onu qatilə çevirib və həyatını həmişəlik alt-üst edib.

…Mayın 16-da Bakı şəhər sakini Həqzadə Mir Əli Vəkil Ağa oğluna Nəsimi rayonu ərazisində çoxsaylı bıçaq xəsarətləri yetirilməsi və mayın 18-də aldığı xəsarətlərdən xəstəxanada ölməsi faktına görə Nəsimi prokurorluğunda CM 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, M. Həqzadənin tanışı Aydın Rüstəmovla aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə ilə əlaqədar sonuncu qisas almaq məqsədi ilə onu qəsdən öldürmək qərarına gəlib. O, cinayətkar niyyətini həyata keçirmək üçün tanışı Şahvələd İmanovla cinayət əlaqəsinə girərək sonuncuya 70 min manat verəcəyini vəd etməklə M. Həqzadəni öldürməsini sifariş edib.

Ş. İmanov aldığı sifariş əsasında mütəmadi olaraq M. Həqzadəni güdərək onun yaşadığı ünvanda müşahidələr aparmağa başlayıb və mayın 16-da sonuncu idarə etdiyi «Toyota Prado» markalı avtomobillə yaşadığı evin həyətinə gələrkən onun üzərinə hücum edərək üstündə gəzdirdiyi bıçaqla sifət, kürək və döş qəfəsi nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək hadisə yerindən qaçıb.

Xəstəxanaya yerləşdirilən M.Həqzadəyə göstərilmiş tibbi yardıma baxmayaraq o, aldığı ağır xəsarətlərindən orada ölüb.

Aparılan təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A. Rüstəmov və Ş. İmanov tutularaq istintaqa cəlb olunub, A. Rüstəmovun törətdiyi cinayət əməli CM 120.2.1-ci, Ş. İmanovun əməli isə həmin məcəllənin 120.2.1, 120.2.5, 120.2.10-cu maddələrinə tövsif edilərək, onlara qeyd olunan maddələrlə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 151