Muəllif:

6 nəfərlik quldur dəstəsindən biri yaxalanıb

Bu gecə, sentyabrın 26-da, saat 01.00 radələrində Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi yeni yaşayış sahəsində 6 naməlum şəxs Bakı şəhər sakinləri Əhməd Qaraşovu və Gülnarə Məmmədovanı döyüblər. Quldur dəstəsi Ə.Qaraşovdan «Mercedes» markalı avtomaşınının açarlarını, avtomaşında olan 135 manat pulu və şəxsi sənədlərini, G.Məmmədovadan isə 2 ədəd mobil telefonunu alıblar.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, Naxşıvan Muxtar Respublikasının Babək rayon sakini Samir Məmmədov tutulub.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir, deyə DİN saytı xəbər verir.

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10
Oxunma sayı: 128