500-dən yüksək inkişaf edən texnologiya şirkətlərinin siyahısında Fransa birinci yerdədir
Artıq 3-cü ildir ki, fransız startapları (gənc firmalar) Deloitte Technology Fast 500 agentliyinin tərtib etdiyi siyahıda birinci yeri tutur. Bu reytinq cədvəlində Avropanın, yaxın Şərqin və Afrikanın son 5 ildə satış həcmi artan 500 texnologiya şirkəti təmsil olunur.
2013-cü ildə bu siyahıya Fransanın 86, Böyük Britaniyanın 71, İsveçin 52, Almaniyanın 27, İrlandiyanın 17 müəssisəsi daxil edilib. Obyektivliklə aparılan və müəssisələrin göstərdikləri nəticələrə əsaslanan bu klassifikasiyanın məqsədi texnologiya müəssisələrini geniş kütləyə, xüsusən də investorlara tanıtmaqdır.
Ymagis siyahının əvvəlində gəlir
Siyahıda birinci gələn kiçik bir fransız firmasıdır. Ymagis filmləri rəqəmsal sistemə keçirməkdə ixtisaslaşıb və son 5 ildə 60.000 faiz inkişaf edib. 2007-ci ildə təsis olunan firma Avropa ölkələrinin əksəriyyətində film istehsalçıları, distribüterləri və istifadəçiləri arasında möhkəm yer tutub. 2012-ci ildə onun dövriyyəsi 39,7 milyon avro təşkil edib, bunun da 38 fazi Fransadan kənarda əldə edilib. Apreldə Euronext-də Birjaya daxil olan şirkət 11,6 milyon gəlir əldə edib.
Ymagis müstəsna deyil, İnsan ehtiyatlarını idarə edən kompyuter proqramlarının təminatçısı olan Talentsoft 7-ci yerdədir, onun inkişaf tempi 9.457 faiz təşkil edir.
2012-ci il üçün tərtib olunmuş siyahıda birinci yerdə ünvanlı reklamlarla məşğul olan və Apple, Amazon və ya Google ilə yanaşı amerikanın texnologiya birjası olan Nasdaq-da kotirovka olunan fransız şirkəti Criteo gəlir. Bu şirkətin inkişafı 202100 faiz təşkil edib.
Deloitte agentlyinin şəriki Loran Halfon təsdiq edir ki, «Ymagis, Talentsoft ou Criteo güclü inkişafda olan müəssisələrin yalnız bir neçəsinin adıdır. Fransanın texnologiyalar sektorunda həqiqi bir inkişaf potensialı mövcuddur”.
Bu fransız performansını necə izah etmək olar?
Deloitte agentliyinin Avropa-Afrika-Yaxın Şərq zonası üzrə tərtib etdiyi siyahıda, dünyanın inkişafda olan 500 şirkəti üçün, Fransa, həm də rəqəmsal iqtisadiyyatda fəaliyyət göstərən gənc müəssisələr üçün münbit bir ölkə olaraq qalır. Bu siyahı həmçinin əyani surətdə göstərir ki, gənc innovasiyalar müəssisələri üçün Fransada əlverişli ekosistem mövcuddur.
Bu müvəffəqiyyət üçün Fransa hər şeydən əvvəl istedadlı mühəndislər hazırlamaq qabiliyyətinə, böyük imkanlara malik kiçik bazarlarda müvəffəqiyyət əldə etməsinə və ilk dövrdən beynəlxalq miqyasda inkişaf etmə bacarığına borcludur.
Bu şirkətlərin ən güclü tərəfi onların menecmentinin keyfiyyəti və beynəlxalq aləmdə inkişaf etmə qabiliyyətidir. Ymagis-in 3 ölkədə filialı var və 8 digər ölkədə kommersiya fəaliyyəti ilə məşğul olur. Criteo dövriyyəsinin 90 faizini xaricdə həyata keçirir.Talentsoft dünyanın 100 ölkəsində fəaliyyət göstərir.